11 Oktyabr 2015 12:52
549
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən il istefaya çağrılan prezident Aleksandr Lukaşenko yenidən ölkəyə başçılıq etmək niyyətindədir.

Belarusda prezident seçkilərində səsvermənin əsas mərhələsi start götürüb.

ANS PRESS-in məlumatına görə səsvermə məntəqələri yerli vaxtla saat 8:00-da açılıb və 20:00-da bağlanacaq.

Belarus Respublikası mərkəzi seçki komissiyasının məlumatına görə, ümumilikdə 6 min 129 seçki məntəqəsi yaradılıb ki, onların da 29-u ölkə hüdudlarından kənarda yerləşir.

Növbədənkənar prezident seçkiləri Belarusda oktyabrın 6-da start götürüb. 5 gün ərzində seçicilərin 1/3 hissəsi seçki məntəqələrində olub. Ölkədəki seçici siyahılarında qeyd olunan vətəndaşların yarısından çoxu səs verdiyi halda seçkilər baş tutmuş hesab olunur.

Yerli KİV və seçki müşahidəçilərinin fikrincə, 1994-cü ildə ölkəni idarə edən prezident Aleksandr Lukaşenko ilk turda qalib gələrək öz vəzifəsində qalacaq.

Bu seçkilərdə Lukaşenkonun 3 rəsmi qeydiyyatdan keçmiş rəqibi var: liberal-demokratların lideri Sergey Qaydukeviç, kazakların atamanı Nikolay Ulaxoviç və "Düz danış" demokratik hərəkatının fəalı Tatyana Korotkeviç.

2005-ci ildə Kondoliza Rays tərəfindən "Avropanın sonuncu diktaturası" adlandırılan Belarus hakimiyyəti beynəlxalq ictimaiyyət tərəfindən tez-tez insan haqlarının pozulmasına görə tənqid olunur.

Ötən gün Minsk mərkəzində baş tutan yürüşdə 1500-ə yaxın insan Lukaşenkonu istefaya çağırıb və saxtalaşdırılmamış azad seçki tələbi ilə çıxış edib. Lukaşenko isə səsvermədən bir az əvvəl bəyan edib ki, gələcək prezidentin hansı nəticə ilə qələbə qazanacağını vacib hesab edir.

Aleksandr Lukaşenko Belarusa 1994-cü ildən prezidentlik edir. İlk dəfə 5 il müddətinə seçilən Lukaşenko 1996-cı il referendumu ilə səlahiyyət müddətini 2001-ci ilədək uzadıb. Həmin ildə ikinci dəfə prezident kürsüsünə yiyələnən Lukaşenko 2004-cü il referendumunda iki dəfədən çox seçilməyə məhdudiyyət götürüldüyündən 2006-cı ildə yenidən dövlət başçısı ola bilib. 2010-cu il dekabrın 19-u keçirilən prezident seçkisinin ilkin nəticələrinə görə səslərin 79.67 faizini toplayıb.


Müəllif: