Biz Rusiyaya növbəti Əfqanıstanı yaşadacağıq.
Axar.az xəbər verir ki, bu videomüraciəti Əl Qaidənin Suriya qanadı hesab olunan Nüsrə terror təşkilatı yayıb. Təşkilatın komandirlərindən biri olan 24 yaşlı Əbu Ubeyda əl Madani rus dilində müraciət edərək, Rusiyaya qarşı savaşmağa hazır olduqlarını bildirib:
“Biz mücahidlər öz həyatımızı hədəfimiz üçün verməyə hazırıq. Bəs rus əsgərləri Putinin eqoizminə görə ölməyə hazırdırlarmı? Biz onlara Əfqanıstanı xatırladacağıq. Onlar Əfqanıstanda necə biabır olaraq getdiklərini xatırlayacaqlar. Sizin oğullarınız, qohumlarınız öz evlərinə ölü kimi qayıdacaqlar. Ona görə ki, onlar bu torpaqlara işğalçı kimi gəliblər və buradan da işğalçı kimi gedəcəklər”.