Əfqanıstanın təhlükəsizlik gücləri Talibanın komandiri Mavlavi İbrahim Şivanini öldürüb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bu barədə Əfqanıstan ordusunun generalı Tadj Məhəmməd Cahid bildirib.
Onun sözlərinə görə, Mavlavi İbrahim Şivanidən başqa, Talibanın daha 15 döyüşçüsü öldürülüb. Əfqan general bildirib ki, Taliban komandirinin qətli Farah əyaləti və qonşu rayonlarda taliblərin mövqelərini əhəmiyyətli dərəcədə zəiflədəcək.