12 Oktyabr 2015 14:00
629
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranlı radikallar: “Şərtlərdə dəyişiklik edilməlidir”

İran parlamenti BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü və Almaniya ilə bağlanan nüvə proqrama dair razılaşmanı təsdiqləyib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, parlamentdə keçirilən müzakirələr zamanı radikallar razılaşmanın İranın xeyrinə olmadığını bildirərək, şərtlərə dəyişikliklər edilməsini tələb edib.

Səsvermə zamanı 290 millət vəkilindən 100-ü razılaşmanın əleyhinə səs verib, 12-si isə bitərəf qalıb. Oktyabrın 13-ü yenidən səs vermə keçiriləcək.

Samir


Müəllif:

Oxşar xəbərlər