12 Oktyabr 2015 16:17
1 054
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ankarada dəmiryol stansiyasında baş verən faciədən sonra Respublika Baş prokurorluğu və Ankara Baş Polis İdarəsi nəzdində xüsusi qrup yaradılıb.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, baş vermiş hər iki partlayışı incələyən polislər bəzi dəlillər aşkar edib.

Məlum olub ki, hadisənin arxasında Bəşər Əsədə sadiqlik andı içən Suriya kəşfiyyatı - "Əl-Muhaberat" Təşkilatı durub. Suriya kəşfiyyatı terror aktını gerçəkləşdirmək məqsədi ilə PKK terror təşkilatı ilə də anlaşıb.

Məlumatlara görə, Rusiyadan kifayət qədər dəstək alan Əsəd Türkiyədə seçki öncəsi xaos yaratmaq üçün könüllü kürd qüvvələri ilə birləşərək, Ankara və digər şəhərlərdə terror aktı törətməyi planlaşdırıb.

Ankaradakı terror hücumunu qınayan Türkiyənin Avropa Birliyindəki nümayəndəsi Beril Dedeoğlu hadisəni belə şərh edib: "Bu məsələdə kimlərin əli olduğunu demək çətindir. Ancaq məlumdur ki, hadisənin törədilməsində bir neçə ölkənin marağı olub".

Qeyd edək ki, Türkiyə Əsədin hakimiyyətdən getməsini tələb edir. Ankara hökuməti düşünür ki, Suriyadakı böhranın əsas səbəbkarı Əsəddir.

Samir


Müəllif:

Oxşar xəbərlər