Moskvadakı gecə klublarından birində tələbə qıza təcavüz edənlər haqqında cinayət işi açılıb.
Teleqraf.com Rusiya mətbuatına istinadən xəbər verir ki, təcavüzə məruz qalan qızın yaşı 18-dən azdır. Şübhəlilər barəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 131-ci (bir qrup şəxs tərəfindən zorlamağa cəhd) və 132-ci (seksual xarakterli zorakılıq hərəkətləri etmə) maddələri ilə cinayət işi açılıb.
İstintaqın versiyasına görə, hadisə 2015-ci il sentyabrın 27-də Leninqrad prospektindəki gecə klublarının birində baş verib. Müştəri kluba gəlmiş qıza hücum çəkib və onu zorlayıb.
Hadisədən sonra daha bir nəfər qızı şantaj edərək onunla birlikdə olmağa çalışıb. “Yox” cavabı alan şübhəli təcavüz videosunu internetdə paylaşıb.
"Ren Tv"nin məlumatına görə, gecə klubunda əyləncəni təşkil edən Moskva Avtomobil-Yol Dövlət Texniki Universitetinin tələbələri olan hər iki şübhəli artıq universitetdən qovulub.
Hadisə ilə bağlı istintaq davam edir.
Rüstəm