Əfqanıstanda BMT əməkdaşı Turpakay Olfat güllələnib.
Musavat.com-un məlumatına görə, bu barədə informasiyanı BMT baş katibinin rəsmi nümayəndəsinin müavini Farxan Xak təsdiqləyib.
Qətl hadisəsi Kandaqar əyalətində baş verib. Naməlum şəxs əməkdaşa motosikletdə atəş açdıqdan sonra aradan çıxıb. “Amerikanın səsi” radiosu bildirir ki, regionda fəaliyyət göstərən qruplaşmaların heç biri hadisəyə görə məsuliyyəti öz üzərinə götürməyib.
Qətl BMT-nin Əfqanıstana kömək üzrə missiyasını qəzəbləndirib. Missiya xatırladıb ki, beynəlxalq təşkilatın əməkdaşlarına qarşı zorakılıq beynəlxalq humanitar hüququn pozulmasdır.
Mərhum Əfqanıstanda 5 ildir ki, işləyirdi və hörmətli hüquq müdafiəçilərindən sayılırdı.