Avropanın bir sıra ölkələrində vaxtsız qış həyatı iflic edib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, ən kəskin hava şəraiti Polşa və Rumıniyada qeydə alınıb.
Məlumatlara görə, qar artıq Polşada iki nəfərin ölümünə səbəb olub. Ölkədə fövqəladə vəziyyət elan edilib.
Rumıniyada da şüddətli küləyin gətirdiyi qar yaşayış məntəqələrinin işıqsız qalmasına və avtomagistrallarda nəqliyyatın hərəkətinin iflic olmasına səbəb olub.
Samir