2014-cü ildə qəzaya uğramış Malayziya Hava Yollarına məxsus "MH17" təyyarəsi Rusiya istehsalı olan "BUK" raketi ilə vurulub.
Teleqraf.com BBC-yə istinadən xəbər verir ki, bununla bağlı Hollandiya Təhlükəsizlik Şurasının rəhbəri Tyibbe Youstra məlumat yayıb.
Onun sözlərinə görə, raket Ukraynanın şərqindən - separatçıların nəzarətində olan bölgədən atılıb: "Həmin ərəfədə Ukraynada alçaqdan uçuş məhdudlaşdırılıb. "MH17" təyyarəsi vurularkən nəzərdə tutulmuş səviyyədən yuxarıda uçub".
Qeyd edək ki, Amsterdamdan Kuala Lumpura uçan təyyarə 2014-cü ilin iyulun 17-də üsyançıların nəzarət etdiyi Şərqi Ukraynada, rusiyapərəst separatçılarla hökumət qüvvələri arasında münaqişənin ən qızğın vaxtlarında qəzaya uğrayıb. Qəza nəticəsində göyərtədəki 298 nəfər həyatını itirib, onlardan 196-sı Hollandiya vətəndaşı olub.
Samir