14 Oktyabr 2015 12:38
609
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail polisi Qüdsün müxtəlif bölgələrində etirazçı fələstinlilərə qarşı güc tətbiq edib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, hadisələr zamanı ən azı 262 nəfər yaralanıb. Onlardan 3-ü polis əməkdaşı olub.

Yayılan məlumatlara görə, yaralananlardan 194-ü polislər tərəfindən atılan qaz bombasından zəhərləniblər. İsrail polisi bir fələstinliyə isə həqiqi güllədən atəş açıb.

Qeyd edək ki, avqustun əvvəlindən israil polisi fələstinlilərin Əl-Əqsa məscidinə girişinə qadağa qoyub. Fələstinlilər də buna etiraz olaraq, Qüdsün müxtəlif yerlərində nümayişlərə başlayıb.

Samir


Müəllif:

Oxşar xəbərlər