14 Oktyabr 2015 15:33
659
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Taliban" terror təşkilatı döyüşçüləri Əfqanıstanın Qılmand əyalətində sərhəd-keçid məntəqəsinə hücum edib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, hücum nəticəsində ən azı 22 əfqan əsgəri həyatını itirib. Bununla bağlı əyalətin qubernatoru Ömər Zvak məlumat verib.

Onun sözlərinə görə, 9 sərhəd qoruyucusu yaralanıb, 7-si isə itkin düşüb. Döyüşlər zamanı 35 terrorçu da öldürülüb.

Samir


Müəllif: