14 Oktyabr 2015 21:15
619
12 Punto 14 Punto 16 Punto 18 Punto

Krım tarlarının lideri, Ukrayna prezidentinin Krım tatarları üzrə səlahiyyətli nümayəndəsi və Ukraynanınxalq deputatı Mustafa Cəmilevə “Ukraynanın Xalq Qəhrəmanı” ordeni verilib.

Bu barədə Krım tatarları məclisinin mətbuat xidməti məlumat verir.

Ordeni Cəmilevə keçmiş Gürcüstan prezidenti və Ukraynanın Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili təqdim edib.

Təqadimat mərasimi oktyabrın 13-də Odessadakı opera teatrında keçirilib.

Dövlət mükafatı olmayan “Ukraynanın Xalq Qəhrəmanı” ordeni 2015-ci ildə təsis olunub, Ukraynanın müstəqilliyi uğrunda mübarizə aparan Ukrayna və xarici vətəndaşlara verilir.

Mustafa Cəmilev və Krım tatarlarının digər liderləri Krımda tatarların milli muxtar ərazilərini yaratmaq istəyirlər.

O Krımın blokadasının əsas təşəbbüskarlarından biridir.

Rusiya 2014-cü ildə Krımı ilhaq edib və Mustafa Cəmilev hazırda Ukraynada yaşayır.


Müəllif:

Oxşar xəbərlər