Suriya prezidenti Bəşər Əsədə sadiq qüvvələr antiterror əməliyyatları çərçivəsində Homsa şəhərinə hücum edib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı mərkəzi Londonda yerləşən Suriya İnsan Haqları Təşkilatı məlumat verib.
Məlumatlara görə, əməliyyat Rusiya qırıcıları ilə birgə aparılır. Rusiya döyüş təyyarələri artıq Homsun Talbisex və Teir Malla bölgələrinə aviazərbələr endirib.
Samir