17 Oktyabr 2015 10:59
937
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İslam Dövləti” (İŞİD) terror qruplaşmasının döyüşçülərinin sayı 40-50 minə çatır.


Publika.az xəbər verir ki, bu barədə “Komsomolskaya Pravda” nəşrinə müsahibəsində Rusiya Baş qərargahının əsas operativ idarəsinin rəhbəri Andrey Kartapolov bildirib.

“Müxtəlif qiymətləndirmələrə görə, İŞİD-in döyüşçülərinin sayı 30 mindən 80 minə qədərdir. Amma orta hesabla 40-50 mindən danışmaq olar”, - Kartapolov qeyd edib.

Onun sözlərinə görə, İŞİD-in döyüşçülərini adi quldurlar hesab etmək doğru deyil: “Hesab etmək lazım deyil ki, onlar yalnız avtomatlar və uzun xəncərlərlə silahlanıb baş kəsməkdən başqa heç nə bacarmırlar. Onlar vuruşa bilirlər və müxtəlif taktiki bacarıqları İraq və Suriya ordusuna qarşı döyüş əməliyyatlarda qazanıblar”.


Müəllif:

Oxşar xəbərlər