Səudiyyə Ərəbistanının Sayhat şəhərində şiə məscidinə silahlı hücumun görüntüləri yayılıb.
Axar.az xəbər verir ki, sənədlərinin yoxlanılması üçün saxlanılan 20 yaşlı gənc qəflətən atəş açıb.
Hadisə nəticəsində 5 nəfər ölüb. İnsident ibadət ocağının önündəki buraxılış məntəqəsində baş verib. Polis hücumda iştirakda şübhəli bilinən 2 nəfəri həbs edib.
Yaralananlar xəstəxanaya çatdırılıb. İŞİD terrorun məsuliyyətini üzərinə götürüb.
İslamazeri.az hadisədə ölənlərin foto və videosunu təqdim edib: