Türkiyənin Hakkari vilayətində aeroporta silahlı hücum edilib.
Trend-in "Milliyyət" qəzetinə istinadən verdiyi məlumata görə, hücumu terrorçu Kürd Fəhlə Partiyasının (PKK) üzvləri törədiblər.
Məlumata görə, aeroportun binası xeyli ziyan görüb. İnsident nəticəsində heç kim xəsarət almayıb.