18 Oktyabr 2015 09:08
668
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Suriyada İŞİD-ə aid 49 nöqtəni vurub.

Teleqraf.com modern.az-a istinadən bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Nazirliyin açıqlamasında bildirilir ki, Rusiya hərbi təyyarələri hədəf seçdiyi yerlər üçün 24 saatda 36 dəfə havaya qalxıb. Hədəf nöqtələri İdlib, Lazkiyə, Həmə, Hələb və Şam olub.

Digər tərəfdən Rusiya bəyan edib ki, Suriyaya insanlar üçün yardım aparan təyyarə geriyə dönərkən 38-i rus vətəndaşı olmaqla, 56 nəfəri Moskvaya gətirib.

Qeyd edək ki, Rusiya əvvəl də xeyli sayda vətəndaşını təxliyə etmişdi.


Müəllif:

Oxşar xəbərlər