Türkiyədə noyabrın 1-də keçiriləcək parlament seçkiləri üçün ABŞ-da yaşayan türklər səs verməyə başlayıb.
Musavat.com xəbər verir ki, bu gündən etibarən ABŞ-da 7 ayrı nümayəndəlikdə ümumilikdə 91 min 304 nəfər səslərini verə biləcək. Səsvermə oktyabrın 25-ə qədər davam edəcək.
Qeyd edək ki, təkcə Nyu-Yorkda 35 min 690 nəfər seçici var.