Türkiyənin Balıkesir şəhərinin Bandırma bölgəsində əfqan və suriyalı qaçqınları aparan avtobusun aşması nəticəsində 57 nəfər yaralanıb.
Musavat.com xəbər verir ki, bu barədə məlumat Türkiyə mətbuatında yer alıb. Əhməd Tosunun idarə etdiyi avtobus yol ayrıcında boşluğa yuvarlanıb. Yaralanan qaçqınlar Bandırma Dövlət Xəstəxanasına çatdırılıb.
Vəziyyəti ağır olan bir nəfər isə Bursa şəhərinə göndərilib. Qəzadan sonra avtobus sürücüsü Əhməd Tosun hadisə yerindən qaçıb. Sürücünün axtarışı davam etdirilir.