20 Oktyabr 2015 14:55
875
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moskva Fransanın Rusiyadakı səfirliyinin Xarici İşlər Nazirliyinə çağırılması ilə bağlı rəsmi Parisdən üzr istəyib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova məlumat verib.

Onun sözlərinə görə, Rusiya Dövlət Dumasının sədri Sergey Narışkinin də aralarında olduğu parlament nümayəndə heyətinin təyyarəsinə Fransa döyüş təyyarələrin yaxınlaşması ilə bağlı aparılan araşdırmaların nəticələri açıqlanıb: "Rus təyyarəsinə yaxınlaşan qırıclar Fransaya deyil, İsveçrəyə aid olub".

Qeyd edək ki, hadisə Rusiya nümayəndə heyətinin Cenevrəyə uçduğu zaman baş verib. Hadisədən sonra Fransanın Moskvadakı səfirliyi Rusiya XİN-ə çağırılıb.

Samir


Müəllif: