Kanada İŞİD terror təşkilatına qarşı mübarizə üçün yaradılmış koalisiyadan geri çəkilir.
Teleqraf.com "Sabah" qəzetinə istinadən xəbər verir ki, bununla bağlı Kanadanın yeni baş naziri Castin Trudeau məlumat verib.
Bazar günü keçirilən seçkilərdə səslərin 39,5 faizini toplayaraq, hökumət qurmaq hüququnu qazanan Liberal Partiyasının lideri Trudeau seçicilərinə verdiyi sözü tutacağını bildirib. Onun sözlərinə görə, yaxın vaxtlarda Kanadaya məxsus döyüş təyyarələri İraq və Suriyanı tərk edəcək.
Samir