ABŞ-ın Texas ştatından olan 14 yaşlı müsəlman, Əhməd Məhəmməd ailəsilə birgə Qətərə köçəcək. Müəllimi onun evdə hazırladığı saatın bomba olduğunu zənn etmişdi. Əhməd, Qətər Təhsil Fondu tərəfindən təklif olunmuş təqaüdü qəbul edib və təhsilini məhz orada davam etdirəcək.
O, bazar ertəsi prezident Barack Obama ilə Ağa Evdə görüşüb. Saata görə saxlandıqdan sonra, Əhmədin əhvalatı sosial mediada geniş müzakirə mövzusuna çevrilib. Bəzilərinin fikrincə o, adı və dini inancına görə bu cür rəftarla üzləşib. Rəsmilər isə şagirdlərin təhlükəsizliyi üçün bu addımı atdıqlarını bildiriblər.
Qətər Fondu onun orta və ali təhsil alması üçün tam təqaüdlə təmin edir, xəbərlərdə deyilir. Onun ailəsinin bildirdiyinə görə, Əhməd Qətər Fondunun “Gənc İxtiraçılar” proqramına qəbul olub və bütün ailə onunla birgə Qətərdə yaşayacaq.
“Qətər əla yerdi. Mən Doha şəhərini çox sevdim, çünki çox müasir şəhərdi. Mən burada çox yaxşı məktəblərlə rastlaşmışam. Onlardan bir çoxu məşhur Amerika universitetlərinin kampuslarıdır,” Əhməd deyib. Əhməd saat hadisəsindən dərhal sonra Texasdakı məktəbdən çıxıb.
Müəllimi onun saatını bomba ilə səhv saldıqdan sonra Əhməd həbs edilmişdi. Bu hadisə ciddi narazılığa səbəb olmuşdu.