22 Oktyabr 2015 19:54
858
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kanadanın Kvebek şəhərində keçirilən 81-ci Beynəlxalq PEN Konqresində quruma 6 ildir rəhbərlik edən kanadalı yazıçı Con Ralston vəzifəsini Cenifer Klementə təhvil verib.

Axar.az xəbər verir ki, Türkiyədən Zeynəb Oral və Serbiyadan Vida Oqnyenoviçin də namizəd olduğu seçkidə ən çox səs toplayan Cenifer Klement qalib gəlib. Klement çıxışı zamanı ona etimad edənlərə təşəkkürünü bildirib: “Bu bir mükafat deyil, inam sənədidir. Ümid edirəm ki, inamınızı doğruldacağam.”

Qeyd edək ki, Cenifer Klement 2009-2012-ci illərdə Meksika PEN-in rəhbəri olarkən jurnalistlərin oğurlanması və öldürülməsi, məchul cinayətlər üzərində işləyib. Cenifer Klement Beynəlxalq PEN-in ilk qadın prezidentidir.


Müəllif: