23 Oktyabr 2015 12:18
1 299
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya son günlər Suriyaya rekord sayda hərbi texnika, silah-sursat və yanacaq göndərib.

Teleqraf.com xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat verib. Bildirilir ki, hərbi yardım Suriyaya 100 gəmi vasitəsilə göndərilib.

Yük gəmilərinin bir qismi Rusiyadan, digərləri isə Rumıniyanın Konstansa dəniz limanından, Misir və Livandan yola düşüb. Rəsmi Moskva isə bu məlumatları təkzib edib və Suriyaya yardım edilmədiyini açıqlayıb.

Rusiyanın "İnterfax" informasiya agentliyi isə son günlər Rusiyaya məxsus yanacaqla dolu tankerlərin Suriyaya getməsi ilə bağlı məlumat yayıb. Gəmilər Tartus və Lazkiyə dəniz limanlarına yan alıb. Suriyalı rəsmilər də bunu təsdiq ediblər və son günlər Suriyaya Rusiyaya məxsus 90 gəminin yan aldığını açıqlayıblar.

Bəzi məlumatlara görə, bu yardımlar Rusiyadakı özəl şirkətlər tərəfindən həyata keçirilir.

Samir


Müəllif: