Fransanın məhşur xəbər agentliklərində biri olan "Frans-press"in Parisdə yerləşən binasına hücum edilib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, hücum yəhudi sionistlər tərəfindən təşkil edilib.
Məlumatlara görə, hücuma agentliyin Qərbi İordanda baş verən hadisələrlə bağlı fələstinlilərin lehinə xəbər yayması səbəb olub. Yəhudilər agentliyin Borsa meydanında yerləşən binasına yanar maddələr atıb və agentliyə daxil olmağa çalışıblar. Onlar aksiyanı izləyən jurnalistlərə "hamınızı tək-tək tutacağıq" deyərək, təhdid ediblər.
Fransa polisindən verilən xəbərdə bildirilir ki, hadisə zamanı binaya ciddi ziyan dəyib, hücum edən 500 nəfər isə hadisə yerindən uzaqlaşdırılıb.
Samir