23 Oktyabr 2015 17:42
3 182
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Sankt Peterburq şəhərində qəribə olay baş verib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, yol polis əməkdaşları qeyri-adi manevrlər edən "Volkswagen" markalı avtomobili saxlayıblar.

Ancaq sürücünün 9 yaşlı qız olması polis işçilərini təəccübləndirib. Azyaşlı valideynlərinin yenicə ayrıldığını və maşını sənədsiz idarə etdiyini bildirib. Bundan sonra hadisə yerinə onun anası çağırılıb.

Qadının gəlişi isə heç də polis əməkdaşları üçün xoş olmayıb. Qadın maşını saxlayan 3 polisi döyüb. Hadisədən sonra polislər xəstəxanaya, qadın isə bölməyə aparılıb. Cinayəti sübuta yetirilərsə, qadını 5 ilədək həbs cəzası gözləyir.

Samir


Müəllif: