24 Oktyabr 2015 17:07
608
12 Punto 14 Punto 16 Punto 18 Punto

Banqladeşin paytaxtı Dəkkədə Aşura mərasimi zamanı məscid partladılıb.

Teleqraf.com ria.ru-ya istinadən xəbər verir ki, hadisə zamanı azı 1 nəfər ölüb, 100 dinc sakin isə yaralanıb. Ölən şəxsin 12 yaşlı yeniyetmə olduğu bildirilib.

Məlumatlara görə, hücum əldəqayırma qumbara vasitəsilə həyata keçirilib. Hadisəyə görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.

Samir


Müəllif: