25 Oktyabr 2015 08:19
940
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriya prezidenti Bəşər Əsədin Rusiyadan sonra İrana səfər edəcəyi barədə xəbər yayılıb.

ANS PRESS-in məluatına görə, bu barədə iranlı jurnalist Mehdi Mahmud “Twitter” hesabında yazıb.

Mehdi Mahmud bu məlumatı İranın Xarici İşlər Nazirliyindən aldığını bildirib. Jurnalist bu səfərin yaxın günlərdə baş tutacağını deyib.

Suriya prezidenti Bəşər Əsədin oktyabrın 21-də gecə Moskvaya qəfil və gözlənilməz səfəri edib. Bu səfər vətəndaş müharibəsinin başlandığı 2011-ci ilin əvvəlindən Əsədin ölkədən ilk çıxışıdır.

Bu səfər Türkiyə daxil olmaqla bir çox dövlətlərin etirazına səbəb olub. Ən sərt münasibət isə Türkiyədən gəlib. Səfərə münasibət bildirən baş nazir Əhməd Davudoğlu bildirib ki, Suriya xalqının rahat nəfəs alması üçün kaş Bəşər Əsəd Moskvada qalaydı.

Məlumata görə, Putin və Əsəd arasındakı görüşü işıqlandırmaq üçün xarici jurnalistlər dəvət edilməyib. Kreml ancaq öz foto və məlumatlarını yayıb. Səfər barədə məlumat Əsəd öz ölkəsinə qayıtdıqdan sonra yayılıb.

İran səfəri barədə məlumatlar isə Səudiyyə Ərəbistanı, ABŞ, Rusiya və Türkiyənin Vyanada Suriya ilə bağlı keçirdiyi dördtərəfli görüş ərəfəsində yayılır. Rusiya Bəşər Əsədin iştirakı ilə 18 aylıq keçid prosesini təklif edir. Bu müddətdə ölkədə prezident seçkiləri keçiriləcək. Türkiyə bu plana müəyyən şərtlər çərçivəsində dəstək verir, Səudiyyə Ərəbistanı isə Əsədin dərhal hakimiyyətdən getməli olduğunu bildirir.

Görüşün iştirakçıların tərkibinə baxdıqda Rusiyanın təkcə digər dövlətlərlə qarşı siyasət apardığını görəmək olar. Çünki Rusiyadan başqa görüşdə iştirak edən bütün dövlətlər Bəşər Əsədin hakimiyyətdən getməsini istəyir. İran və Rusiyanın Suriyada keçirdiyi əməliyyatlar Qərb dövlətlərini narahat etməyə başladı. Ona görə də tərəflər yeni görüş təyin edib, Rusiyanı yola gətirmək istəyirlər. Belə bir məqamda Əsədin İran səfəri ortaya çıxıb.

Yəqin ki, Bəşər Əsəd Həsən Rusnidən Rusiyanın hava zərbələrinə maddi və silah-sursat yardımı etməsini xahiş edəcək. Çünki iqtisadi çətinliklər yaşayan Rusiyanın bu münbarizəni təkbaşına sona qədər aparması real görünmir. İrana duyulan ehtiyac isə sanksiyalardan canını yenicə qurtaran bir dövlət üçün regionda istədiyi kimi hərəkət etməsinə şərait yarada bilər. Əsədin iki ümidindən biri İran, biri də Rusiyadır. Rusiya sentybrın 30-dan Suriya ərazisindəki terrorçuları bombalamaqla Bəşər Əsədin gələcəyə ümidlərini daha da artırdı. Rusiyanın artıq Suriyada terrorçulara endirdiyi aviazərbələrlə Əsədin regiona sərbəst hərəkətinə şərait yaradır. Yəqin ki, Rusiya və İran bu fədakarlıqları qarşılığında parçalanan Suriyadan öz paylarını alacaqlar.


Müəllif: