26 Oktyabr 2015 00:12
634
12 Punto 14 Punto 16 Punto 18 Punto

Brüsseldə 10 Avropa Birliyi ölkələrinin liderləri Albaniya, Serbiya və Makedoniyadan olan həmkarları ilə birgə qaçqın böhranı ilə bağlı təcili toplantı keçirir. Musavat.com xarici qaynağa istinadən xəbər verir ki, məsələ ilə bağlı bir neçə variant nəzərdən keçirilir.

Onların arasında yaxın həftələr ərzində miqrantların ən çox olduğu sərhədyanı zonalarda, o cümlədən Sloveniyada 400-dən artıq sərhədçinin yerləşdirilməsi, həmçinin, Yunanıstan sərhədlərinin mühafizəsinin gücləndirilməsi də var.

Almaniyanın kansleri Angela Merkel bildirib ki, mövcud durum Avropa Birliyi çərçivəsindən çıxan qərar tələb edir və bu qərar Türkiyəni də ehtiva etməlidir.

Avropa Komissiyasının sədri Jan Klod Yunker isə miqrant axınının daha böhranlı olduğu ölkələri qaçqınları sadəcə, öz qonşularına ötürməkdənsə, miqrantların qeydiyyatı prosesində iştiraka çağırıb.


Müəllif:

Oxşar xəbərlər