Cənubi Koreya ilə Özbəkistan arasında aparılan "T-50 Golden Eagle" tipli hərbi-təlim təyyarələrinin satışına dair danışıqlara ABŞ əngəl olub.
"Report"un "Gazeta.Ru" saytına istinadən verdiyi xəbərə görə, rəsmi Seul 12 ədəd hərbi-təlim təyyarəsinin Daşkəndə ixracına çalışsa da ABŞ höküməti 400 milyon dollar dəyərindəki bu sazişə qarşı çıxıb.
"T-50 Golden Eagle" tipli təyyarələr 2006-cı ildən etibarən Korea Aerospace Industries' (KAI) və Lockheed Martin şirkətlərinin birgə səyləri və amerika texnologiyalarının tətbiqi hesabına istehsal olunur.
ABŞ ehtiyat edir ki, Rusiya Özbəkistana satılacaq təyyarələrin "sirlərini" öyrənə bilər.