Özbəkistan Cənubi Koreyanın istehsal etdiyi "T-50 Golden Eagle" tipli hərbi təlim təyyarələrini almaya bilər.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, buna səbəb ABŞ-ın bu məsələyə müdaxiləsi olub.
Məlumatlara görə, təyyarələr ABŞ-Koreya əməkdaşlığı çərçivəsində hazırlanır. Təyyarələrin satılmasından imtinaya səbəb isə Vaşinqtonun Özbəkistanla bağlı narahatlığı olub. Vaşinqton rəsmiləri Özbəkistanın Moskva ilə yaxınlığını nəzərə alaraq, təyyarələrin Rusiyaya verilə biləcəyini iddia edib.
Qeyd edək ki, Özbəkistan 12 təyyarə üçün 400 milyon dollar ödəməyə hazır olduğunu bildirib.
Samir