26 Oktyabr 2015 17:05
3 075
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verdiyimiz kimi, Pakistan və Əfqanıstanda 7,7 bal gücündə zəlzələ baş verib.

Son məlumatlara görə, təbii fəlakət nəticəsində Pakistanda ölənlərin sayı 88-ə, Əfqanıstanda isə 70-ə yüksəlib. Rəsmilər dağıntılar altında çox sayda insanın qaldığını bildiriblər.

16:29

Pakistan və Əfqanıstanda baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 63-ə çatıb.

Rəsmi məlumatlara görə, təkcə Pakistanda 42 nəfər zəlzələnin qurbanı olub. Ümumilikdə təbiət hadisəsi zaman 300 dinc sakin yaralanıb. Rəsmilər yaralılarının vəziyyətinin ağır olması səbəbindən ölü sayının artacağını istisna etmir.

15:11

Bu gün Əfqanıstan və Pakistanda 7,7 bal gücündə zəlzələ baş verib.

Teleqraf.com ria.ru-ya istinadən xəbər verir ki, yeraltı təkanlar Pakistan, Hindistan, Nepal, Qırğızıstan, Azərbaycan və Qazaxıstanda hiss olunub.

Məlumatlara görə, Pakistanda baş verən zəlzələ zamanı 16 nəfər ölüb, 300-dən çox insan isə xəsaərt alıb. Əfqanıstanda isə ən güclü yeraltı təkanlar Kabil şəhərində hiss olunub. Şəhərdə ciddi dağıntılar meydana gəlib. Ölən və ya xəsarət alanlarla bağlı heç bir məlumat verilmir.

Samir


Müəllif: