Belçika ordusunun kazarmalarına bombalı avtomobil hücumu cəhdindən sonra maskalı sürücü hadisə yerini tərk edib, mətbuat xəbər verir.
Avtomobil desant hissəsinin qapısına sürüldükdən sonra hərbçilər atəş açıblar. Prokurorlar ölkənin cənubundakı Namur şəhəri yaxınlığında baş verən hadisə vaxtı xəsarət alanların olmadığını bildirirlər.
Xəbərlərdə deyilir ki, hücumçunun boş avtomobili hadisə yerindən bir qədər aralı olan Belqrad şəhərində tapılıb.
Yanvar ayında Parisdəki Charlie Hebdo jurnalının redaksiyasına hücumdan iki həftə keçmiş, Belçika polisi irimiqyaslı antiterror əməliyyatı vaxtı iki şəxsi öldürmüşdü.