27 Oktyabr 2015 00:09
626
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pakistanda baş verən güclü zəlzələ nəticəsində həlak olanların sayı son məlumata görə 180 nəfəri keçib. Ölkənin müxtəlif yerlərində xəstəxanalara 1000-dən artıq yaralı yerləşdirilib.

Ən çox dağıntılar Pakistanın Xeyber-Pextunxva əyalətində qeydə alınıb. Torpaq sürüşməsi nəticəsində yolların çox hissəsi bağlanıb ki, bu da zərərçəkənlərin xəstəxanaya çatdırılmasına mane olur. Həlak olanların çoxu da bu əyalətdəndir.

Xatırladaq ki, oktyabrın 26-da Pakistan vaxtı ilə saat 12.10 dəqiqədə baş verən zəlzələnin episentri Əfqanıstandakı Hindquş dağlarında (Rixter cədvəli üzrə 7,7 bal gücündə) olub.

Zəlzələ Qazaxıstanda, Qırğızıstanda, Tacikistanda və Özbəkistanda da 5 bal gücündə qeydə alınıb.


Müəllif:

Oxşar xəbərlər