27 Oktyabr 2015 01:20
687
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səudiyyə Ərəbistanın Nəcran şəhərində terrorçu-kamikadzenin məsciddə özünü partlatması barədə məlumat verilmişdi.

Musavat.com-un məlumatına görə, artıq İŞİD terror qruplaşması partlayışa görə məsuliyyəti öz üzərinə götürüb. Bu barədə “Reuters” xəbər yayıb.

Terror aktı nəticəsində üç nəfər ölüb. Xəsarət alanların sayı dəqiqləşdirilir.

Hadisənin təfərrüatları müəyyənləşdirilir. Böyük ehtimalla, məscid şiələrə məxsus olub. Nəcran şəhəri Səudiyyə Ərəbistanının cənub-qərbində, Yəmənlə sərhəddə yerləşir.


Müəllif:

Oxşar xəbərlər