"Gəzən ölülər" serialının fanatı, Nyu-Meksiko ştatının sakini dostunun zombiyə çevrildiyini hesab edib, onu öldürüb. Bu barədə Trend RİA Novosti agentliyinə istinadən xəbər verir.
Qrants şəhər polisi 23 yaşlı Deymon Perrini qonşuların polisə zəngindən sonra saxlayıb. Qonşuların sözlərinə görə, Perri evdə əlində bıcaq ilə gəzirmiş. Perrinin evində onun həmyaşıdı olan Kristofer Pakuinin cəsədi tapılıb.
Perri polisə bildirib ki, Pakuinlə birlikdə spirtli içki qəbul edirdilər. Məhz o zaman Pakuin "zombiyə çevrilməyi başladı" və onu dişləmək istədi. Bu səbəbdən Perri dostunu əl, ayaq, gitara və mikrodalğalı soba ilə döyməyə başlayıb.