27 Oktyabr 2015 09:30
574
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pakistanda və Əfqanıstanda baş verən güclü zəlzələ nəticəsində həlak olanların sayı 340 nəfərə çatıb.


Teleqraf.com ria.ru-ya istinadən xəbər verir ki, təkcə Pakistanda 275 nəfər zəlzələnin qurbanı olub. Rəsmi məlumatlara görə, Pakistanın xəstəxanalarına 1200-dən artıq yaralı yerləşdirilib.

Hadisə səbəbindən Pakistanın baş naziri Navaz Şərif Böyük Britaniya səfərini təxirə salıb.

Əfqanıstanda isə ölənlərin sayı 70-ə çatıb. Məlumatlarda bildirilir ki, zəlzələ nəticəsində Badaxşan, Taxar, Nanqarxar, Kunar və Kabulda çoxlu sayda yaşayış binası uçub.

Xatırladırıq ki, dünən Pakistan və Əfqanıstanda 7,7 bal gücündə zəlzələ baş verib. Təkanlar Qazaxıstan, Qırğızıstan, Tacikistan, Azərbaycan və Özbəkistanda da hiss edilib.

Samir


Müəllif: