27 Oktyabr 2015 13:50
539
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail döyüş təyyarələri Qəzzanın cənubunda HƏMAS-a məxsus iki hərbi bazaya hava hücumu təşkil edib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı İsrail Müdafiə Nazirliyinin nümayəndəsi Peter Lerner məlumat verib.

Onun sözlərinə görə, hava hücumuna Qəzza zolağından İsrail torpaqlarına edilən raket hücumları səbəb olub. İsrailin cavab hücumları zamanı bazalara 18 raket zərbəsi endirilib.

Hadisə nəticəsində ölən və ya xəsarət alan olmayıb.

Samir


Müəllif: