27 Oktyabr 2015 16:59
848
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın "Rosoboroneksport" şirkəti İran üçün yeni S-300 tipli raket kompleksləri üzərində işləyir.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bu barədə şirkət rəhbəri Anatoli İsaykin məlumat verib.

Onun sözlərinə görə, hazırda raketlərin təkmilləşdirilməsi prosesi davam etdirilir: "Bir müddət öncə İranla razılaşdırılmış müqavilənin bərpası ilə bağlı göstəriş gəldi. Ancaq bir müddət öncəki S-300 ilə indiki raketlər arasında fərqlər var. Bunun üçün də hazırki raketlər üzərində təkmilləşdirilmə prosesinə başlamışıq".

Qeyd edək ki, Rusiya və İran arasında dəyəri 4 milyard dollar olan müqavilə imzalanıb.

Samir


Müəllif:

Oxşar xəbərlər