27 Oktyabr 2015 22:37
667
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin baş naziri Ahmet Davutoğlu Suriyanın şimalındakı kürd döyüşçülərinin mövqelərinə zərbələr endirildiyini təsdiqləyib.

Kürd Xalq Müdafiə Birlikləri (YPG) də bazar günü Tal Abad şəhəri ətrafında türk qüvvələrinin atəşinə məruz qaldığını bildirib. YPG İslam Dövləti qruplaşmalarına qarşı əməliyyatda ABŞ-ın aparıcı müttəfiqidir.

Ankara ehtiyat edir ki, Suriya kürdlərinin uğurları Türkiyənin şərqindəki kürd əhalisi arasında separatçılıq meyllərini gücləndirə bilər. Hücumlar noyabrın 1-ə təyin edilmiş parlament seçkilərindən sonra yer alır.

Bu YPG qrupunun hücuma məruz qalması barədə ilk bəyanatı deyil. İyul ayında qrup Türkiyə ilə həmsərhəd Zormixar kəndinin artilleriya atəşinə tutulduğunu bildirmişdi. O vaxtlar Ankara hücum barədə iddiaları rədd etdi.


Müəllif:

Oxşar xəbərlər