Vaşinqton öncə bəyan eləsə də ki, Suriya münaqişəsinə müdaxiləsi hava zərbələri ilə məhdudlşacaq, bununla belə, İraq və Suriyada quru əməliyyatları həyata keçirmək niyyətindəfir. Musavat.com-unn xarici qaynağa istinadən verdiyi xəbərə görə, bu barədə Pentaqon başçısı Eşton Karter bildirib.
ABŞ-ın yeni planları haqda o, Senatın Silahlı qüvvələrə dair komitəsində çıxışı zamanı deyib. “Biz öz tərəfdaşlarımızın İŞID mövqelərinə sərbəst şəkildə həm aviahücumlar etməkdə, həm də birbaşa yerdə dəstəkləməkdən imtina etməyəcəyik” – qeyd edib müdafiə naziri.
Karter ötən həftə həyata keçirilən İŞID girovluğundan kürdlərin azad edilməsi əməliyyatını da xatırladıb. Bu zaman İŞİD-lə mübarizədə ilk amerikalı hərbçi həlak olub.