3 İyun 2014 11:56
1 366
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın Slavyansk şəhərində separatçılar Ukraynanın antiterror qüvvələrinə hücum edib.

Teleqraf.com-un UNİAN-a istinadən xəbərinə görə, bu barədə Hərbi-siyasi araşdırmalar Mərkəzinin rəhbəri Dmitri Tımçuk öz Facebook səhifəsində bildirib.

«Hücum zamanı Ukrayna güc strukturlarına məxsus zirehli maşın vurulub. Bundan sonra döyüş başlayıb. Separatçıların hücumu dəf edilib. Güc strukturlarının əməkdaşlarından 1 nəfər ölüb, 13 nəfər yaralanıb. Terrorçuların itkiləri barədə məlumat yoxdur", - Tımçuk yazıb.

Nihad


Müəllif: