28 Oktyabr 2015 15:11
3 032
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraq Parlamentinin Korrupsiya ilə mübarizə komissiyasının sözçüsü Adil Nuri ölkə büdcəsinin yarısının oğurlandığını bildirib.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, keçmiş Baş nazir Nuri Malikinin 8 illik rəhbərliyi dövründə büdcədən 500 milyard dolların oğurlandığını açıqlayıb.

"Dünya korrupsiya tarixinə baxaq, heç bir ölkədə bu qədər qısa bir zamanda 500 milyard dolların oğurlandığı görülməyib. Maliki xidmətə başladığı 2006- 2014-cü illər arasında büdcəyə neftdən 822 milyard dollar, yardım kimi ABŞ-dan isə 250 milyard dollar daxil olub".

"İraqın xəzinəsinə 8 il ərzində təxminən 1 trilyon dollar daxil olub, ancaq bunun yarısı ortada yoxdur və ya hara getdiyi məlum deyil".

Apardıqları araşdırmalara əsasən, İraqdakı bütün nazirliklərin korrupsiyaya bulaşdığını qeyd edən Nuri "Ən çox Müdafiə, Enereji, Səhiyyə və Ticarət Nazirliyində korrupsiya halları aşkar olunub. Ancaq bu, digər nazirliklərdə də bu vəziyyətin olmadığı mənasına gəlmir. Eyni zamanda Iraq Qızılayı rəsmiləri haqqında da istintaq başlayıb və əməliyyatlar davam edir" deyib.

Nuri açıqlamasında 600 şəxs haqqında cinayət işinin açıldığını bildirib:

"Bütövlükdə təxminən 600 rəsmi şəxs barəsində korrpusiya ittihamı ilə iş açılıb. Onların içərisində nazir, nazir müavinləri, müşavirlər, baş direktor və digər mühüm şəxslər də var.

"Keçmiş Baş Nazir Nuri Əl-Maliki haqqında da korrupsiya ittihamı ilə cinayət işi açılıb və sənədlər prokurorluğa təhvil verilib. Ancaq bu istiqamətdə hələ də konkret bir irəliləyiş yoxdur".

Digər korrupsiya ittihamıisə "kabus məmurlar"la bağlıdır: "İraq Müdafiə Nazirliyində işləyən və davamlı olaraq maaş alan təxminən 57 min nəfərin ortaya çıxdığı məlum olub. Bu insanlar 2007 ildən bu yana maaş alırlar, ancaq bir gün də olsun, işə getməyiblər. Sadəcə, maaş günü vəzifə yerlərinə gediblər" deyib.

Rüstəm


Müəllif: