28 Oktyabr 2015 21:16
746
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əfqanıstanın şərqindəki Lougar vilayətinin Puli Aləm rayonunda yerləşən qızlar məktəbi naməlum şəxslərin hücumuna məruz qalıb.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, hücum zamanı məktəbə od vurulub. Bununla bağlı vilayətin meriya sözçüsü Məhəmməd Şapur məlumat verib.

Onun sözlərinə görə, hücum zamanı məktəb binası yararsız hala salınıb.

Qeyd edək ki, "Taliban" terrorçularının hücumları ilə əlaqədar Əfqanıstanda 22 məktəb bağlanıb. Bu səbəbdən 3400 nəfər təhsilsiz qalıb.

Samir


Müəllif:

Oxşar xəbərlər