"Əl-Şəbab" terrorçuları Somalidə təcili eniş edən "Airbus A380" tipli təyyarəni ələ keçiriblər.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, hadisə zamanı 12 ekipaj üzvü əsir düşüb. Bununla bağlı yerli administrasiya nümayəndəsi Məhəmməd Hüseyn Şinea açıqlama verib.
Onun sözlərinə görə, təyyarə Afrika Birliyi üçün yüklərin daşınmasında istifadə olunub. Şinea bildirib ki, əsir düşən şəxslərdən bəziləri ABŞ vətəndaşıdır. Onların harda saxlanılması ilə bağlı heç bir məlumat verilmir.
Samir