Hindistan Rusiyadan yeni Mİ-17b-5 tipli hərbi helikopter alacaq.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı Hindistan Müdafiə Nazirliyinin nümayəndəsi Manohar Parrikar məlumat verib.
Onun sözlərinə görə, bununla bağlı razılıq Hindistan Baş naziri Madi Narendranın Moskvaya səfəri zamanı əldə edilib. Parrikar bildirib ki, alınacaq 48 ədəd helikopter üçün 1,1 milyard dollar ödəniləcək.
Qeyd edək ki, Hindistan artıq 2008-ci ildə Rusiyadan 28 hərbi texnika, 2012-ci ildə 71 hərbi vertolyot alıb.
Samir