3 İyun 2014 13:19
969
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranda qum fırtınası 5 nəfərin həyatına son qoyub.

Teleqraf.com xəbər verir ki, paytaxt Tehranda 130 km/saata qədər olan fırtınada 30 nəfər yaralanıb. Şəhərin bir çox yerində elektrik enerjisi kəsilib, ağaclar kökündən qopub.

Tehranda bütün uçuşlar ləğv edilib. Hava şəraiti ilə əlaqədar ürək xəstəliyi olanlardan küçəyə çıxmamaları tövsiyə olunub.

Uğur


Müəllif: