30 Oktyabr 2015 16:44
669
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Tükiyəyə 70 milyon dollarlıq “ağıllı bomba” kimi xarakterizə olunan silah satacaq.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı ABŞ tərəfi məlumat yayıb.

Bildirilir ki, məsələ dünən ABŞ Konqresində də müzakirəyə çıxarılıb və qəbul edilib. Açıqlamaya görə, Türkiyə 2200 hissədən ibarət silahı almaqla bağlı əvvəlcədən razılıq verib.

ABŞ-dan verilən açıqlamada bildirilir ki, Türkiyə regionda sülh və sabitliyin təmin edilməsində ABŞ-ın tərəfdaşıdır: "Bu silahlar da Türkiyənin müdafiə qabiliyyətinin gücləndirilməsi üçün istifadə ediləcək. Regionda sülh və sabitliyin qorunması ABŞ-ın milli maraqları baxımından həyati əhəmiyyət daşıyır".

Samir


Müəllif: