Avropa İttifaqı Belarus prezidenti Aleksandr Lukaşenkoya qarşı sanksiyaları müvəqqəti olaraq dayandırıb. Bununla yanaşı 170 ölkə vətəndaşına qarşı məhdudiyyətlər qaldırılıb, rəsmi sənədləri dərc edən Avropa İttifaqının internet səhifəsində bildirilir.
Sanksiyalar o cümlədən, Lukaşenkonun oğulları, Mərkəzi Seçki Komissiyasının sədri Lidiya Ermoşina və bir sıra prokuror və nazirlərə aiddir.
Məhdudiyyətlər 2016-cı ilin fevral ayının sonunadək dayandırılıb. Bu müddət ərzində sanksiyalar altında olan şəxslərə Avropa İttifaqına viza almaq qadağası tətbiq edilməyəcək.
Sanksiyaların tətbiqi həmçinin Beltechexport, Beltech Holding və Spetsrpiborservice şirkətlərinə qarşı dayandırılacaq. "Bu qərar Aİ-Belarus münasibətlərinin yaxşılaşdırılması çərçivəsində 22 avqust tarixində Belarusdakı siyasi məhbusların azad olunması barədə qərara cavab addımıdır”, - Avropa İttifaqı Şurasının bəyanatında qeyd olunur.
Bununla yanaşı bəyanatda deyilir , Avropa İttifaqı Belarusdakı "insan hüquqları və demokratiya ilə bağlı vəziyyəti diqqətlə izləməkdə davam edəcək”.
Bundan əvvəl Belarusun Xarici İşlər Nazirliyi bütün sanksiyaların tezliklə ləğvinə və Avropa ilə münasibətlərin normallaşdırılmasına ümid etdiyini bildirib.