30 Oktyabr 2015 21:15
673
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraqda iranlı müxalif mühacirlərin məskunlaşdığı keçmiş hərbi baza intensiv raket atəşinə məruz qalıb. İran Xalq Mücahidləri Təşkilatı (İXMT) bildirir ki, onların 23 üzvü və üç polis işçisi öldürülüb.

Bağdad hava limanına yaxın keçmiş ABŞ hərbi bazasına təxminən 80 raket hücumu olub, İXMT bildirib. İraq hərbiyyəsi bildirib ki, təxminən 15 raketdən istifadə edilib. Hücuma görə hələ heç bir qruplaşma məsuliyyəti üzərinə götürməyib.

Raketlər hava limanının şimal şərqində yerləşən Bəkriyə rayonundan atılıb, İraq hərbi sözçüsü general Yəhya Rəsul Reuters xəbər agentliyinə bildirib. İran Xalq Mücahidləri Təşkilatı 1979-cu ildə baş vermiş İslam İnqilabından bəri mühacirətdədir.

ABŞ-a məxsus olmuş “Azadlıq Düşərgəsi” adlı hərbi baza 2013-cü il fevral ayında eyni ilin dekabr ayında raket hücumuna məruz qalıb. İXMT üsyançıları həmçinin 2011-ci ildə İraq qoşunlarının hücumuna məruz qalıb.

ABŞ 1997-ci ildə İXMT-ni terrorçu təşkilat kimi qeydə alıb, lakin 2012-ci ildə onu qara listindən çıxarıb. 23 nəfərin həlak olması ilə bağlı xəbər müstəqil mənbələrdə təsdiqini tapmayıb.

ABŞ dövlət katibi John Kerry bəyanatla təsdiq edib ki, düşərgənin sakinləri arasında ölənlər və yaralananlar var, lakin nə qədər adamın öldüyü barədə məlumat verməyib.


Müəllif:

Oxşar xəbərlər